Dünən axşam saatlarında Ermənistanın Sünik rayonunda sərhəd qoşunlarının hərbçisi həlak olub.
Bu haqda 24News portalı məlumat yayıb.
Rayonun David Bek kəndində hərbçi yoldaşının iştirakı ilə baş verən insident nəticəsində Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbçisi hadisə yerində ölüb.
Məlumata görə hərbçinin 18 yaşı olub və o özü-özünü güllələyib.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
"Cebheinfo.az"