AZ

Özbəkistan və Qırğızıstan sərhədində zəlzələ olub

Özbəkistanın Əndican əyalətinin bir neçə rayonunda zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji-Proqnoz Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, 3,6 bal gücündə zəlzələnin episentri Qırğızıstanın sərhədyanı Cəlalabad şəhəri olub.

Zəlzələnin yeraltı ocağı 15 kilometr dərinlikdə olub.

Qurbanlar və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
48
1
ikisahil.az

4Mənbələr