AZ

Türkiyədə güclü partlayış: 7 nəfər xəsarət aldı

Diyarbəkirdə neft quyusunda baş verən partlayış nəticəsində ikisi ağır olmaqla 7 işçi yaralanıb.

Publika.az Teleqraf-a istinadla istinadla xəbər verir ki, hadisə Diyarbəkir-Batman avtomobil yolunun üzərində yerləşən qazma quyusunda baş verib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün şəhərdəki xəstəxanalara aparılıb.

Partlayışdan sonra başlayan yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb.

İlkin məlumata görə, partlayışın qazın sıxılması nəticəsində baş verdiyi bildirilir.

Seçilən
75
1
publika.az

2Mənbələr