Ajans.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb. Belə ki, iki qadın; 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib. Hadisəni L. İsmayılovanın oğlunun törədiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.