AZ

Almaniya Kiyevə dəyəri 340 milyon avrodan çox olan radarlar verəcək

Almaniyanın “Hensoldt” müdafiə sənayesi şirkəti Kiyevi 340 milyon avrodan çox dəyərində radarlarla təchiz etmək üçün sifariş alıb.

APA xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə deyilir.

Ukrayna konkret olaraq TRML-4D yüksək ayırdetməli radar və SPEXER 2000 3D MkIII qısa mənzilli radarlarla təchiz ediləcək.

TRML-4D 250 km-ə qədər radiusda qanadlı raketlər, dronlar, təyyarələr və helikopterlər də daxil olmaqla 1500-ə yaxın hədəfi aşkar etməyə və izləməyə imkan verən ən son AESA (Active Electronically Scanned Array) texnologiyasına əsaslanır.

SPEXER radarları isə alçaqdan uçan obyektləri aşkar etməyə qadirdir.

Seçilən
74
50
apa.az

10Mənbələr