AZ

ABŞ Rusiya və Ukraynanı danışıqları davam etdirməyə çağırıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Rəsmi Vaşinqton Moskva və Kiyevi hərtərəfli atəşkəs və böhranın sülh yolu ilə həlli üçün birbaşa danışıqları davam etdirməyə çağırır.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott deyib.

“Deyə bilərəm ki, biz hərtərəfli atəşkəsə nail olmaq və nəhayət, danışıqlar yolu ilə sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqları təmin etməyə çalışırıq.”, - o deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
2
apa.az

4Mənbələr