AZ

Enzo Miyo Türkiyə nəhəngi ilə anlaşdı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Transfer çalışmalarına sürət verən "Qalatasaray" Almaniyanın "Ştutqart" klubunda forma geyinən Enzo Miyo ilə razılığa gəlib.

Fanat.Az xəbər verir ki, "aslanlar" fransız yarımmüdafiəçinin 18 milyon avro dəyərindəki sərbəst qalma maddəsini ödəməyə hazırlaşırlar.

Bu barədə məlumatı "Kicker" yayıb.

Klublar arasında razılıq əldə olunub, yaxın günlərdə rəsmi imzanın atılması gözlənilir.

Qeyd edək ki, Enzo ötən mövsüm klubunun heyətində 29 oyunda 6 qol və 5 asistlə yadda qalıb.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
fanat.az

2Mənbələr