AZ

Mixail Qusman vəzifəsindən azad olunub

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

 

Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

 

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib.

 

2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısı olan Mixail Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir.

 

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın YUNESKO üzrə Komissiyasının üzvüdür./Report

Tarix: 24 İyul 2025, 23:30   
Seçilən
19
8
pravda.az

10Mənbələr