AZ

ABŞ-da işsizlik müavinəti müraciətləri gözlənilənin əksinə yenidən azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Əmək Nazirliyi işsizlik müavinətinə müraciətlərlə bağlı həftəlik statistik məlumatları açıqlayıb.

Banco.azxəbər verir ki, buna görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 19 iyulda başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 4 min nəfər azalaraq 217 min olub.

Artıcıl 6 həftədir azalan və son 5 ayın ən aşağı səviyyəsinə düşən işsizlik müavinəti müraciətlərinə dair bazar gözləntisi isə bu həftə üçün 226 minə çatması istiqamətində idi.

Ötən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciətləri də 5 min nəfər azalaraq 224 min 500-ə enib.

Daimi işsizlik müavinəti müraciətlərinin sayı isə 12 iyulda başa çatan həftədə 4 min nəfər artaraq 1 milyon 955 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
54
banco.az

1Mənbələr