BAKI, 24 iyul. TELEQRAF
“Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı".
Teleqraf xəbər verir ki, bunu Yunanıstanın "Aris" klubunun baş məşqçisi Marinos Uzunidis Bakıda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis komandasının qol vurduqdan sonra oyuna daha yaxşı nəzarət edə biləcəyini söyləyib: "Amma təəssüf ki, iki qol buraxdıq. Bəzi oyunçularımızın psixoloji durumu yaxşı deyildi və bu da oyuna təsir etdi. İndi isə əsas diqqətimizi növbəti matça yönəltməliyik və daha yaxşı nəticə üçün çalışmalıyıq".