Bu gün "Araz-Naxçıvan" klubu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanın "Aris" komandasını qonaq edib.
"Dalğa Arena"da baş tutan matçda Elmar Baxşıyevin yetirmələri 2-1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, cavab qarşılaşması iyulun 31-də Yunanıstanda baş tutacaq.