AZ

CHP sədri Özgür Özəl MİT direktoru İbrahim Kalın ilə görüşüb


Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın “Terrordan Azad Türkiyə” prosesi çərçivəsində parlamentdə təmsil olunan partiyalara planlı səfərlərini davam etdirir.
Yeniavaz.com 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Demokrat Partiyası (DEM) və Milliyyətçi Hərəkat Partiyasını (MHP) ziyarət edən Kalın bu dəfə Cümhuriyyət Xalq Partiyasına (CHP) baş çəkib.
Əvvəlcə saat 17:30-da başlaması nəzərdə tutulan görüş, meşə yanğınlarında həyatını itirən işçilərin dəfn mərasimi ilə əlaqədar olaraq 18:20-də başlayıb. Görüşün ilk 35 dəqiqəsi qapalı keçirilib. Daha sonra iclas CHP sədri Özgür Özəlin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Məlumata əsasən, Kalın heyətə “Terrordan Azad Türkiyə” prosesi ilə bağlı təqdimat edib.
Seçilən
118
1
yeniavaz.com

2Mənbələr