AZ

Ukraynanı AB-də buna görə istəmirik - Siyarto

Ukrayna Avropa Birliyinə qəbul edilməməlidir , çünki yeni üzvlər bloku gücləndirməlidir, onu zəiflətməməlidir.

Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto CNN telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukraynanın AB-yə daxil olması ölkədə gedən müharibə səbəbindən təhlükəlidir.

O qeyd edib ki, Macarıstan hökuməti Ukraynanın bloka üzv olmasını istəmir:

"Ukrayna qətiliklə Avropa Birliyini daha güclü etməyəcək, əksinə... Müharibə aparan ölkə Avropa Birliyinə müharibəni gətirir, bu, bizim istədiyimiz deyil. Ukraynanın hazırkı vəziyyəti Avropa Birliyini praktiki olaraq zəiflədəcək".

Seçilən
86
4
axar.az

5Mənbələr