AZ

Kaçper Rosa "Kəpəz"də - rəsmi

"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncəlilər polşalı futbolçu Kaçper Rosanı transfer edib. 30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb.

Kaçper Rosanın son klubu vətənində yüksək liqa təmsilçisi "Motor" olub. O, 2024/25-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.

Seçilən
29
6
football-plus.az

4Mənbələr