AZ

Suriyadakı partlayışda ölənlərin sayı artıb

Suriyanın şimal-qərbindəki İdlib vilayətinin Maarat-Misrin yaşayış məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb, 100-ə yaxın yaralının olduğu bildirilib.

Operativ Media bu barədə "Syria TV"yə istinadən xəbər verir.

Qeyd olunub ki, partlayış qaçqınların məskunlaşdığı çadır düşərgələrinə təsir göstərib, bu da xeyli sayda insanın xəsarət almasına gətirib çıxarıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Seçilən
88
operativmedia.az

1Mənbələr