AZ

Həddindən artıq istilər KKTC-də həyata mənfi təsir edir



Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) həftənin əvvəlindən bu yana müşahidə edilən yüksək temperatur həyata mənfi təsir edir.
KKTC Meteorologiya Xidməti, 22-28 iyul tarixləri arasında adada temperaturun daxili bölgələrdə 41-44 dərəcə Selsi, sahil boyunca isə 34-37 dərəcə Selsi civarında olacağı gözlənilir.

Paytaxt Lefkoşada bu gün gündüz saatlarında temperaturun 42 dərəcəyə yüksələcəyi və bazar gününə qədər bu səviyyədə qalacağı gözlənilir.


Famaqustada günorta saatlarında temperatur 37-38 dərəcə Selsi civarında qeydə alınıb.

Lefkoşa küçələrində bəzi termometrlər və nəqliyyat vasitələrinin göstəriciləri 49 dərəcə Selsi temperaturu göstərsə də, mütəxəssislər küçə termometrlərinin həddindən artıq istidə faktiki göstəricini keçə biləcəyi barədə xəbərdarlıq ediblər.

KKTC Əmək və Sosial Müdafiə Nazirliyi, həddindən artıq istilər səbəbindən 27 iyul cümə axşamından bazar gününə kimi saat 12:00-dan 16:00-a qədər açıq havada davamlı işlərin qadağan edildiyini açıqladı.

Nikosiyada sakinlər istidən sərinləmək üçün su və dondurmaya müraciət edərkən, sahilyanı şəhərlərdəkilər sərinləmək üçün dənizə üstünlük veriblər.

aia.az
Tərcümə şöbəsi



Seçilən
79
aia.az

1Mənbələr