AZ

Zelenski Ukrayna parlamentinə antikorrupsiya qurumları ilə bağlı yeni qanun layihəsi təqdim edib

Ukrayna prezidenti Vladimir Zelenski Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyinin və daxili nəzarət mexanizmlərinin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini Ukrayna Ali Radasına təqdim edib. Bu barədə parlamentin rəsmi saytında məlumat verilib.

Qanun layihəsində göstərilir ki, NABU, SAP, İqtisadi Təhlükəsizlik Bürosu (BEB), Baş Prokurorluq və Milli Polis daxil olmaqla hüquq-mühafizə orqanlarının daxili nəzarət bölmələri, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə razılaşdırılmış metodologiya əsasında, iki ildən bir əməkdaşlarını poliqraf (yalan detektoru) vasitəsilə yoxlamalıdır. Bu yoxlamalar onların Rusiya Federasiyasının xeyrinə hərəkət edib-etmədiyini müəyyən etmək məqsədi daşıyır.

Eyni zamanda, qanun qüvvəyə mindikdən sonra altı ay ərzində SBU göstərilən orqanların əməkdaşlarının Rusiya ilə mümkün əlaqələrini araşdırmalıdır.

Qanun layihəsi hazırda Ali Radanın hüquq-mühafizə fəaliyyəti üzrə komitəsində müzakirəyə təqdim olunub.

//Samir Qurbanov, Editor.az

Seçilən
74
editor.az

1Mənbələr