AZ

"Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub

Bakı. Trend:

İyulun 24-də Nizami Kino Mərkəzində Ümummilli Lider HeydərƏliyevin Fransaya rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin iziilə - Fransa” sənədli filminin təqdimatı olub.

Trend xəbər verir ki, ekranəsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmışsəyyah və jurnalist Azər Qərib ekran əsəri barədə məlumatverib.

Bildirib ki, bu film tamaşaçılara Ümummilli Lider HeydərƏliyevin Fransanın paytaxtı Parisə rəsmi səfərinin qeyri-rəsmitərəflərini göstərəcək. O qeyd edib ki, filmdə, eyni zamanda, UluÖndərin Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrininformalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdimolunur.

Bu, Ümummilli Lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş“Bir səfərin izi ilə” filmlər toplusundan artıq altıncı filmdir.Buna qədər yaradıcı heyət Ulu Öndərin İtaliya, Çin, Yaponiya, Türkdünyası və Böyük Britaniya səfərləri haqqında filmlər hazırlayıb.Bu filmlər toplusu Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyifəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrinigücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunuartırmaq üçün atdığı addımları əks etdirir.

İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktorAyaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev,montaj üzrə mütəxəssis Elmar Tariyeloğlu daxildir.

Film milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”nın (AZAL)dəstəyi ilə ərsəyə gəlib.

Seçilən
61
7
az.trend.az

8Mənbələr