AZ

“Buna rəğmən, önə çıxdıq və axmaq qollar buraxdıq” – “Şelburn”un futbolçusu

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Şelburn”u darmadağın etdi – 3:0.

“Football-plus.az” xəbər verir ki, İrlandiya təmsilçisinin kapitanı Paddi Barret matçdan sonra “thesun.ie” saytına açıqlama verib. 32 yaşlı mərkəz müdafiəçisi matçı belə dəyərləndirib:
“Məncə, ikinci hissədə hesabı bərabərləşdirmək üçün irəli atılmaq əvəzinə müdafiə olunmağa üstünlük verməliydik. Burda səhv etdik. Fasilədə razılaşdıq ki, meydana çıxaq və lazım olan qolları vurmaq üçün əlimizdən gələni edək. Erkən qol buraxmağımız ürəkaçan olmadı. “Qarabağ”ın ön xətdə çıxış edən futbolçularının çox keyfiyyətli olduğunu bilirdik. Buna rəğmən, önə çıxdıq və axmaq qollar buraxdıq”.
Xatırladaq ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

KƏNAN BAHADIR
Seçilən
90
1
football-plus.az

2Mənbələr