AZ

Təyyarə qəzasının baş verdiyi yerdən yeni görüntülər - VİDEO

Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən yeni görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, təyyarədən praktiki olaraq heç nə qalmayıb. An-24 qırıntıları bir neçə yüz metrə səpələnib, bəzi hissələri hələ də yanır.

Qəza yerinə enmək mümkün olmadığından təcili yardım xidmətləri dağıntılara piyada getməli olub. Hazırda xilasedicilər hadisə yerinə gəliblər: onlar əraziyə baxış keçirir və axtarış işləri aparırlar.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, təyyarədə olan 48 nəfərdən heç biri sağ qalmayıb.

 

Seçilən
15
1
bakivaxti.az

3Mənbələr