
Rusiya Xarici Kəşfiyyat Xidməti (FSB) xarici tankerlərə Qara dəniz limanlarına daxil olmaq üçün icazə verməyə başlayıb.
Yeniavaz.com “Reuters” agentliyimə istinadən xəbər verir ki, bu addım, qısamüddətli dayandırmadan sonra Qazaxıstan neftinin ixracının bərpasına imkan yaradıb.
Məlumata görə, çərşənbə günü sənaye mənbələri yeni qaydaların xarici tankerlərin Rusiyanın əsas Qara dəniz limanlarına səfərini müvəqqəti qadağan etdiyini bildiriblər. Nəticədə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Qazaxıstan neftinin ixracı demək olar ki, dayandırılmışdı. Qeyd edək ki, CPC əsasən ABŞ şirkətlərinə məxsusdur və bu boru kəməri Qazaxıstan neftini Rusiyanın Novorossiysk yaxınlığındakı Yujnaya Ozereyevka limanı vasitəsilə beynəlxalq bazarlara çatdırır.
Lakin cümə axşamı Qazaxıstanın Energetika Nazirliyi ölkənin Rusiya limanları vasitəsilə neft yükləmələrini dayandırmadığını açıqlayıb.
Xatırladaq ki, bazar ertəsi Rusiya Prezidenti Vladimir Putin, xarici gəmilərin Rusiya limanlarına girişinin FSB-nin icazəsi əsasında həyata keçirilməsini tələb edən qanunu imzalayıb.