AZ

Bu havada palto geyinirlər: Çöldə 40, içəridə mənfi 2 dərəcə

Türkiyənin Antalya şəhərində temperaturun 40 dərəcəyə çatması səbəbindən vətəndaşlar sərinləmək üçün çıxış yolu axtarmağa başlayıblar.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vətəndaşların isti hava şəraitindən qurtulmaq üçün seçimi mənfi iki dərəcə temperaturda olan qar otaqları olub.

Çöldən 42 dərəcə selsi temperatur fərqi ilə qar otağı ziyarətçilərə təmiz hava təqdim edir. Bu otaq xüsusilə uşaqlı ailələrin seçimidir.

Ailəsi ilə birlikdə qar otağına gələn Fatma Ülkü Aslan jurnalistlərə açıqlamasında "Antalyada hava çox istidir. Sanki bayırda lava içindəyik, amma bura sərindir. Gödəkçələrimizlə gəzirik, qış fəslini hiss edirik. Qar otağı dənizdə üzməkdən daha yaxşıdır” deyib.

Seçilən
33
publika.az

1Mənbələr