Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “İmişli” iki futbolçusu ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Rəhim Osman və Cavidan Qasımlı ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“İmişli” daha əvvəl Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarovla vidalaşıb.