Suriyanın şimalındakı İdlib vilayətində yerləşən silah anbarında partlayış baş verib.
İlkin məlumatlara görə, 5 nəfər həyatını itirib, 63 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, İdlibin şimal kənarında yerləşən Kefraya qəsəbəsindəki silah və sursat anbarında naməlum səbəbdən 15 partlayış baş verib.
Səhiyyə rəsmiləri təsdiqləyiblər ki, partlayışlar nəticəsində 5 nəfər həlak olub, 63 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar müalicə üçün ətraf xəstəxanalara yerləşdiriliblər. Partlayışların gücü ilə yaxınlıqdakı binalarda da ciddi zərər qeydə alınıb.