AZ

Zaxarovadan Rusiya Azərbaycan münasibətləri ilə bağlı AÇIQLAMA

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

"Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözləyir”. 

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevin bir müddət öncə XİN-ə çağırılaraq ona Bakıda saxlanılan Rusiya vətəndaşlarının dərhal azad edilməsi tələbi ilə bağlı nota təqdim edildiyini xatırladıb.

Onun sözlərinə görə, hazırda Azərbaycanla ikitərəfli münasibətlər çətin mərhələdədir.

Xatırladaq ki, Yekaterinburqda iki azərbaycanlının vəhşicəsinə öldürülməsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
5
avtosfer.az

6Mənbələr