AZ

Azərbaycanın axtardığı 42 nəfər xaricdə tutulub

Bu ilin altı ayı ərzində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, cari ilin birinci yarımilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Bizim.Media

Seçilən
71
5
bizim.media

10Mənbələr