AZ

Suriyanın İdlib bölgəsində partlayış: 4 ölü, 116 yaralı

ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Suriyanın şimalındakı İdlib əyalətinin Maarat Misrin kəndi yaxınlığında baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı SANA agentliyi Suriya Səhiyyə Nazirliyinə istinadən yayıb.

Hadisə nəticəsində daha 116 nəfər xəsarət alıb. Zərərçəkənlərin vəziyyəti barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, bir qədər əvvəl Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa ölkədə gərginliyin İsrailin hərəkətləri nəticəsində daha da artdığını bildirmişdi.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
1
dogru.az

2Mənbələr