AZ

Təyyarə qəzasında ölənlərlə bağlı Amurda üç günlük matəm elan olundu

An-24 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar üçün Amur vilayətində üç günlük matəm elan edilib.

Publika.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Orlov məlumat verib.

"Təəssüflə bildirirəm ki, ilkin məlumatlara görə, An-24 təyyarəsinin Tında rayonunda qəzaya uğraması nəticəsində sağ qalan yoxdur", - deyə rayon rəhbəri yazıb.

O qeyd edib ki, iyulun 25-dən 27-dək bölgədə matəm elan edilir. Amur vilayətinin bütün ərazilərində bayraqlar endiriləcək. Orlov əlavə edib ki, bu dəhşətli faciə 48 nəfərin həyatına son qoyub.

Qubernator həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Seçilən
94
3
publika.az

6Mənbələr