AZ

Google-un ana şirkəti Alphabet-in gəliri və xalis mənfəəti artıb

Google-un ana şirkəti Alphabet 2025-ci ilin ikinci rübü üçün maliyyə nəticələrini açıqlayıb.

Marja xəbər verir ki, Alphabet-in ikinci rübdə gəliri illik müqayisədə 14% artaraq 96,4 milyard dollar təşkil edib. Şirkət 2024-cü ilin ikinci rübündə 84,7 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 19 faiz artaraq 28,2 milyard dollara çatıb. “Alphabet” ötən ilin ikinci rübündə 23,6 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin ötən ilin aprel-iyun dövründə 1,89 dollar olan səhm üzrə qazancı bu ilin eyni dövründə 2,31 dollara yüksəlib.

Alphabet-in gəliri və qazancı bazar gözləntilərini üstələyib.

Alphabet şirkətinin direktoru Sundar Pichai, süni intellekt sahəsində "öncül mövqedə olduqlarını" və "inanılmaz bir sürətlə irəlilədiklərini" qeyd edərək, "Süni intellekt işimizin hər sahəsinə müsbət təsir edir və güclü inkişaf yaradır" deyib. 

Seçilən
10
1
marja.az

2Mənbələr