Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və xidmət sahələri müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, həmin əməlləri törətmiş vəzifəli şəxslər məhkəmə məsuliyyətinə verilib.