AZ

Neymar azarkeşlə söyüşdü

Neymar Braziliya çempionatında məğlub olduqları oyundan sonra “Santos” azarkeşi ilə mübahisə edib.

Braziliya A Seriyasının 16-cı turu çərçivəsində “Santos” doğma meydanda “İnternasional”a uduzub (1:2).

Publika.az “Globo Esporte”ya istinadla xəbər verir ki, final fitindən sonra Neymar tribunaya tərəf yollanıb və “Santos” azarkeşlərindən biri ilə mübahisə edib. “Santos”un qapıçısı Joao Paulonun müdaxiləsindən sonra münaqişə sona çatıb .

Qeyd olunur ki, 2-ci hissənin epizodlarından birində Neymar eyni tribunalara doğru nəsə deyib – həmin an matçın yayımına daxil edilib. “Santos”un forvardı ilə azarkeşlər arasında gərginlik Neymarın hesabı bərabərləşdirə bilməməsindən az sonra yaranıb.

“İnternacional”ın qapıçısı Serxio Roşet braziliyalının zərbəsindən sonra dirəyə dəyən topu qapı xəttinin üzərində saxlayıb.

Seçilən
15
publika.az

1Mənbələr