“Sumqayıt” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” bir müddətdir Fərid Nəbiyevlə danışıq aparırdı. Rəhbərlik yarımmüdafiəçini transfer etməkdə maraqlı olub.
Ancaq tərəflər arasında davam edən danışıqlar müsbət yekunlaşmayıb. Buna səbəb maliyyə məsələsidir.
Futbolçu klubun təklif etdiyi maaşa qane olmayıb. Bu səbəbdən də transfer baş tutmayıb.
26 yaşlı yarımmüdafiəçi ötən mövsümü “Səbail”də keçirib. O, daha öncə “Kəpəz” və “Turan Tovuz” kimi klublarda forma geyinib.
Nəbiyev bu gün qədər Premyer Liqada 90 oyun keçirib, 12 qol vurub və eyni sayda assist edib.
Həsən Quluzadə