AZ

İyulun 25-nə olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin olacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində də hava çimərlik üçün əlverişli olacaq. Şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada suyun temperaturu 26-27, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

Doğru.az xəbər verir ki, Azərbaycanın digər bölgələrində də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan, şimşək və dolu müşahidə oluna bilər. Gecə və səhər dağlıq ərazilərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 23-27, gündüz 33-38, dağlarda isə gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.

DOĞRU.AZ

Seçilən
82
7
dogru.az

10Mənbələr