Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.
Mia.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev cari ilin xalqımız, o cümlədən hüquq ictimaiyyəti üçün əlamətdar hadisələrlə zəngin bir il olduğunu bildirib.