AZ

“Karvan” nigeriyalı futbolçunun transferini rəsmiləşdirib

Bakı, 24 iyul,AZƏRTAC

“Karvan” heyətinə yeni futbolçu cəlb edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə,Yevlax təmsilçisi Olavale Doyeninin transferini rəsmiləşdirib.

Nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin “Plateau Yunayted” klubunda forma geyinib.

Seçilən
70
3
azertag.az

4Mənbələr