ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə batan şəxsin meyiti çıxarılıb.Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, meyit ötən gün saat 20:00-da tapılaraq sudan çıxarılıb."Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir km aralı, nəzarətsiz ərazi) batan bir nəfərin axtarışları başa çatıb.Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda bildirilir .Qeyd edək ki, batan şəxs 1992-ci il təvəllüdlü Kənan Zakir oğlu İbrahimovdur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.