ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabirabadda suvarma kanalında batan şəxsin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, onun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Musayev olduğu bildirilir.
Axtarışa Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
***15:18
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.