Olaylar.az xəbər verir ki, bunu Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov deyib. O, Azərbaycanın sülh üçün xoşməramlı addımlar atdığını bildirib:
"Rəsmi Bakı başa düşür ki, Ermənistan hazırda öz konstitusiyasını dəyişməyəcək və oradan Azərbaycana qarşı ərazi iddialarını dərhal çıxarmayacaq, çünki bu zaman tələb edən bir prosesdir. Sülh müqaviləsinin nizamlanması təklifi Azərbaycanın imic addımıdır, Bakı göstərmək istəyir ki, məhz Azərbaycan sülh prosesinin əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Bu, Azərbaycanın Ermənistana qarşı xoşniyyətli addımıdır.
Aydındır ki, bu paraflanma Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin sürətlənməsinə ciddi təsir göstərməyəcək. Amma bu, tərəflərin münasibətlərin normallaşmasına doğru etdiyi jest olacaq. Üstəlik, İrəvan uzun müddət bəyan edirdi ki, guya Ermənistan sülh müqaviləsi imzalamağı təklif edir, amma Azərbaycan bundan imtina edir. Bu addım həmin informasiyaların əsassız olduğunu göstərəcək.
Əlbəttə, hadisələrin müsbət inkişafı halında Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarması ehtimalı yüksəkdir. Hazırda İrəvandan bildirirlər ki, Konstitusiya üzrə referendum 2027-ci ildə keçiriləcək. Bu isə uzun bir müddətdir və bu zaman ərzində hər şey baş verə bilər. Paşinyan bu istiqamətdə addımlar atır, lakin çox yavaş və ehtiyatla irəliləyir. Ermənistan daxilindəki siyasi vəziyyət hələ də Bakı-İrəvan danışıqlarının dinamikasına təsir göstərir. Müxalifət revanşist mövqedən çıxış edir. Bu şəraitdə Paşinyan alternativ gündəmi irəli sürür. O, Bakı ilə birbaşa təmaslara daha fəal gedir, özünü problemin həllində fəal tərəf kimi göstərməyə çalışır, sübut etmək istəyir ki, onun "real Ermənistan" gündəmi erməni xalqının daha yaxşı gələcəyi üçün aktual və faydalıdır". (bakupost.az)