Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsinin daha bir qurbanı 50 yaşlı Yelena Abdullayevadır. Onun iki yetkin yaşda qızı qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “russian.rt.com” saytı yazıb.
Mənbə qeyd edir ki, Yelena Tındada restoran sahəsi və ticarətlə məşğul olurdu. Onun həyat yoldaşı RT ilə söhbətində faciəni təsdiqləyib: “Bəli, bu, mənim həyat yoldaşımdır, həlak olub”.
Qeyd edək ki, təyyarə Tındadan təxminən 15 km aralıda yerə çırpılıb. Aviaqəza zamanı daha bir faciə baş verib. Həlak olanlar arasında həkim ailəsi də var: Qalina və Aleksey Naydyonovlar.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qəzada ümumilikdə 49 nəfər həyatını itirib, 43 sərnişin və 6 ekipaj üzvü.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta