Bu ilin yanvarında doğma klubu "Santos"a qayıdan ulduz futbolçu Neymar "uğursuzluq zolağı"ndan çıxa bilmir.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı braziliyalı hücumçu bu gecə Braziliya  çempionatının XVI turunda evdə "İnternasional"la görüşdə yenə məğlubiyyət acısı dadıb.

Hərçənd Neymar uzatma dəqiqələrində komandasını məğlubiyyətdən xilas etməyə çalışıb. Hətta o, qüvvətli zərbədən sonra topun qapı xəttini keçdiyini zənn edərək çılğıncasına sevinib, künc bayrağını sındırıb. Ancaq baş hakim bu epizodda topun xətti tam keçmədiyini bildirib.

Beləliklə, "Santos" 1:2 hesabı ilə uduzaraq yarış cədvəlində 20 klub arasında 17-ci yerə yuvarlanıb.

 Vitali Stepanovski "Neftçi" basketbol komandasının yeni baş məşqçisi təyin olunub. 

Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Craiova” (Rumıniya) komandalarının və Ukrayna millisinin baş məşqçisi olub. Onun sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olub. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, Vitali Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.