Ulusal.az xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyev yeni Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.