AZ

Azərbaycanın müdafiə naziri ilə İtaliyanın Baş Qərargah rəisi əməkdaşlığa və regional təhlükəsizliyə dair məsələləri müzakirə ediblər  

İyulun 24-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, italiyalı qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

General L. Portolano isə öz növbəsində səmimi qəbula görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdıran qonaq ölkələrimiz arasında hərbi əməkdaşlığın hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini vurğulayıb.

İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin regional təhlükəsizliyə dair maraq doğuran məsələlər müzakirə olunub.

Seçilən
63
31
azerbaijan-news.az

10Mənbələr