AZ

Rusiya qaçırılan ukraynalı uşaqları cəbhəyə göndərir - The Times

Rusiya öz xalqına qarşı döyüşmək üçün Ukraynanın işğal olunmuş ərazilərindən qaçırılan uşaqlardan istifadə edir. 2014-cü ildən bəri 35 000-dən çox uşaq zorla aparılıb, onların çoxu indi 18 yaşına çatdıqdan sonra Rusiya ordusuna düşür.

Herbiand.az bildirir ki, bu barədə The Times nəşri Ukrayna rəsmilərinə istinadən yazır.

“Putinin məqsədi Ukraynanı gələcək nəsildən başlayaraq bir millət kimi məhv etməkdir”, - Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak “General and The Journalist” podkastında deyib.

Yermak təsdiq edib ki, Ukrayna hökumətinin əlində sənədli sübutlar, o cümlədən hərbi xidmətə çağırış vərəqələri və döyüş meydanında həlak olan azyaşlılar haqqında məlumatlar var: “Rusiya oğurlanmış ukraynalı uşaqlardan yeni əsgərlər yaratmaq istəyir - bu barbarlıq və psixoloji müharibənin bir formasıdır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
92
herbiand.az

1Mənbələr