AZ

Lukaşenkonun Estoniyaya girişi qadağan olunub

Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla, 273 Belarus vətəndaşının Estoniyaya girişinə müddətsiz qadağa qoyulub.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə ERR dövlət teleradiosu Estoniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Estoniya hökuməti bununla bağlı qərar qəbul edib.

“Sanksiyaların tətbiqindən təxminən 5 il sonra Belarusda müsbət dəyişikliklər baş vermədi”, - Estoniya xarici işlər naziri Margus Tsaxkna bildirib.

Lukaşenkodan əlavə, sanksiya siyahısında Belarusun yüksək vəzifəli məmurları, hakimləri və təhlükəsizlik orqanlarının əməkdaşları da var.

Xatırladaq ki, rəsmi Tallin 2020-ci ildə Minskə qarşı sanksiyalar tətbiq edib.

"Cebheinfo.az" 

Seçilən
67
9
cebheinfo.az

10Mənbələr