Bakı. Trend:
Türkiyənin Eskişehir vilayətində meşə yanğınları ilə mübarizəzamanı həlak olan 10 nəfərin meyiti DNT analizi üçün Ankarayaçatdırılıb.
Trend xəbərverir ki, bir gün əvvəl AKUT təşkilatının beş könüllüsü və beşnəfər meşə təsərrüfatı işçisi Eskişehir vilayətinin Seitqazi meşəsahəsində yanğın zonasını tərk edə bilməyib.
Səlahiyyətlilərin bildirdiyinə görə, faciə yanğının güclü küləknəticəsində qəfil istiqamətini dəyişməsindən sonra baş verib.
Həlak olanların cəsədləri əvvəlcə Afyonkarahisar DövlətXəstəxanasına, daha sonra paytaxta aparılıb. Ölənlərinşəxsiyyətinin müəyyənləşdirilməsi prosesinin tamamlanmasınıgözləyən yanğınsöndürənlərin qohumları və yaxınları Ankarayagəliblər.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bildirib ki, Eskişehir vəAfyonkarahisar vilayətlərinin prokurorluqları ölkənin onvətəndaşının ölümü ilə bağlı cinayət işi açıb.
Bu arada, Türkiyə Səhiyyə Nazirliyi meşə yanğını zonasındaxəsarət alan 6 nəfərdən 7-sinin xəstəxanalardan evə buraxıldığını,birinin vəziyyətinin ağır olduğunu bildirib.