AZ

Azərbaycan qazının Suriyaya tədarükünə avqustun 1-dən başlanacaq

Azərbaycan qazının Suriyaya tədarükünə avqustun 1-dən başlanması planlaşdırılır.

Qaz Suriyaya Türkiyə üzərindən Kilis boru kəməri ilə tədarük ediləcək.

"Türkiyə ərazisində qaz kəməri Kilisdən Suriya sərhədinə qədər uzadılıb. Suriya tərəfində boru kəmərinin texniki birləşmələri tamamlanıb. BOTAŞ şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə avqustun 1-də təbii qaz təchizatının başlanmasından əvvəl son dəfə sınaq və yoxlamalar həyata keçirir", - məlumatda qeyd olunub.

Qeyd edilib ki, birinci mərhələdə tədarükün həcmi ildə 1,2 milyard kubmetr qaz təşkil edəcək və bu həcm Hələb və Homsdakı elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunacaq.

Qaz tədarükü ilə bağlı bütün hazırlıqlar ötən həftə SOCAR və Suriya arasında anlaşma memorandumunun imzalanması ilə başa çatıb.

Bundan əlavə, BOTAŞ-SOCAR əməkdaşlığı çərçivəsində Suriyanın şimal-şərq bölgələrində neft-qaz sahəsində geoloji kəşfiyyat işlərinin aparılması, həmçinin neft-kimya sahəsində layihələrin həyata keçirilməsi planlaşdırılır.

© Report

Seçilən
74
marja.az

1Mənbələr