AZ

Somali Azərbaycan və Türkiyə ilə bir sıra sahələrdə əməkdaşlıq fəaliyyəti göstərə bilər - XİN rəhbəri

Somali Azərbaycan və Türkiyə ilə bir sıra sahələrdə əməkdaşlıq fəaliyyəti göstərə bilər.

Olaylar.az xəbər verir ki, bunu Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyə ilə Somali arasında çox güclü münadibətlər var. Ticarət, təhlükəsizlik, təbii sərvətlər sahəsində əlaqələrimiz var.

Üç ölkə bir sıra sahələrdə əməkdaşlıq fəaliyyəti göstərə bilər.

Türkiyə bizim üçün çox yaxşı partnyordur. Azərbaycandan da eyni münasibəti görürük", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
66
3
olaylar.az

4Mənbələr