An-24 təyyarəsinin pilotu Vyaçeslav Loqvinovun qızı atasının qəza keçirdiyini jurnalistlərdən öyrənib. O, xəbərin onu şoka saldığını bildirib.
Bizim.Media xəbər verir ki, Blaqoveşenskdən Tındaya uçan təyyarənin komandiri 61 yaşlı Vyaçeslav Loqvinov olub.
“Bu dəhşətdir… Bəli, atam pilotdur, “Angara” şirkətində işləyir. Amma baş verənlərlə bağlı hələ heç nə bilmirəm. Danışmağa söz tapmıram, şokdayam,” – pilotun qızı jurnalistlərlə söhbətində belə deyib.
Hazırda Vyaçeslav Loqvinovun yaxınları axtarış işlərinin gedişi ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (MÇS) məlumat almağa çalışırlar.
Xatırladaq ki, An-24 təyyarəsi 24 iyul cümə axşamı günü Priamuryedə radarlardan itib.
Axtarışlar zamanı təyyarə Tındadan 15 km aralıda, dağlıq və çətin keçilən bir ərazidə aşkarlanıb.
İlkin məlumatlara görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub. Çox güman ki, sağ qalan yoxdur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta