AZ

Kamboca Tailandı döyüşü dayandırmağa çağırıb

Kamboca Xarici İşlər Nazirliyi Tailand hakimiyyətini döyüşləri dayandırmağa və qoşunları sərhəddən öz tərəflərinə çəkməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-in bəyanatına istinadən “Khmer Times” qəzeti yazıb.

“Kamboca Tailandı dərhal hərbi əməliyyatları dayandırmağa, qoşunları sərhəddən öz tərəfinə çəkməyə və vəziyyəti gərginləşdirə biləcək hər hansı təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırır”, - bəyanatda deyilir.

Seçilən
52
1
ucnoqta.az

2Mənbələr