AZ

Birinci yarımildə Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-iyun ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 105,806 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin ilk yarım ili ilə müqayisədə 4,344 milyon barel və ya 3,9 % azdır.

Təkcə bu ilin iyun ayında Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 17,296 milyon barel neft nəql edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,620 milyon barel və ya 8,6 % azdır.

Xatırladaq ki, 2024-cü ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Seçilən
56
report.az

1Mənbələr